
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Venesuela parlamentinin keçmiş üzvü, müxalifətçi Mariya Korina Maçado respublikanın yeni hökumətinə qoşula bilər.
Məlumatı TASS yayıb.
"Mən onunla danışmalıyam. Biz danışacağıq. O hansısa formada hökumətin işində iştirak edə bilər", - D.Tramp Venesueladakı vəziyyəti şərh edərkən deyib.
O, həmçinin M.K.Maçadonun yanvarın 13-də və ya 14-də Vaşinqtona səfərinin gözlənildiyini də bildirib.