
İran hökuməti iğtişaşlarda həlak olanlar üçün üçgünlük ümummilli matəm elan edib.
Senzor.az bildirir ki, bu barədə müvafiq məlumat dövlət televiziyası və radiosu tərəfindən yayımlanıb.
"İran Prezidenti vətənin əziz övladlarının itkisindən dərin kədər hissi keçirərək Nazirlər Kabineti ilə birlikdə şəhidlərin matəminə qatılır və əziz İran xalqını bazar ertəsi günü keçiriləcək milli müqavimət yürüşünə dəvət edir", - məlumatda bildirilib.
Qeyd edək ki, son məlumatlara görə, baş verən iğtişaşlarda 500-dən çox insan həlak olub. 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşının öldüyü təsdiqini tapıb.
Bundan əlavə, iki həftə davam edən aksiyalarda 10 600-dən çox insan həbs olunub.