
İranda hakimiyyətə dəstək yürüşü keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kerman, Rəşt, Zahedan və digər şəhərlərin sakinləri hakimiyyəti dəstəkləmək məqsədi ilə küçələrə çıxıblar.
Məlumata görə, yürüş iştirakçıları, eyni zamanda, “terror aktlarını” pisləyiblər.
Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkə hakimiyyəti baş verən terror aktlarında ABŞ və İsrailin iştirakını sübut edən sənədlərə malikdir.
Qeyd edək ki, son məlumatlara görə, baş verən iğtişaşlarda 500-dən çox insan həlak olub. 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşının öldüyü təsdiqini tapıb.
Bundan əlavə, iki həftə davam edən aksiyalarda 10 600-dən çox insan həbs olunub.