Ukrayna hərbi əməliyyatların başlanması halında Türkiyədən Montrö Konvensiyası əsasında Rusiyanın Qara dəniz boğazlarına çıxışını bağlamağı tələb edə bilər.
TASS-ın məlumatına görə, bunu Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar deyib.
“Biz düşünürük ki, Ukraynaya qarşı kütləvi hərbi müdaxilə və ya hərbi əməliyyatların başlanması halında, yəni müharibə təkcə de-fakto deyil, həm də de-yure olduqda Türkiyə hökumətindən xahiş edəcəyik ki, Qara dəniz boğazlarının təcavüzkar ölkə üçün bağlanması imkanını nəzərdən keçirsin”, - deyə diplomat bəyan edib.
O, əlavə edib ki, Kiyev Rusiya Hərbi Dəniz Qüvvələri gəmilərinin Qara dənizdə cəmləşməsini “ciddi təhlükə” kimi qiymətləndirir.
Qeyd edək ki, 1936-cı il iyulun 20-də imzalanmış Montrö Konvensiyası müharibə şəraitində Türkiyəyə boğazların bağlanması hüququnu verir. Başqa sözlə, Türkiyə münaqişə tərəfi olub-olmamasından asılı olaraq, boğazlardan keçidi tənzimləmək üçün əlavə səlahiyyətlərə malikdir. Bəzi hallarda Ankara bunun regionda təhlükəsizliyi pozacağını və ya özünə təhlükə yaradacağını hesab edərsə, hər hansı ölkəyə boğazlardan istifadəni qadağan edə bilər.