Cənubi Koreyanın sabiq Prezidentinə 5 il həbs cəzası verildi
VİDEO

Seul məhkəməsi Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yola ittiham olunduğu cinayət işlərindən biri üzrə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

 

Senzor.az bildirir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, məhkəmə sabiq Prezidenti ölkədə hərbi vəziyyətin elanı ilə əlaqədar başlanan istintaq prosesi çərçivəsində onun saxlanılması üçün verilən həbs qərarının icrasına mane olmaqda təqsirli bilib. Xüsusi istintaq qrupunun yanvarda keçmiş Prezidenti saxlamaq cəhdinin qarşısı onun təhlükəsizlik xidməti tərəfindən alınıb.

 

Sabiq Prezident haqqında daha 3 ittiham, o cümlədən ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyama rəhbərlik üzrə cinayət işi üzrə məhkəmə prosesi də sona çatmaq üzrədir. Yanvarın 13-də son dinləmə keçirilib və prokuror ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyama rəhbərlik üzrə cinayət işi ilə əlaqədar ona edam cəzası verilməsini istəyir. Məhkəmədə həmin proses üzrə qərar fevralda qəbul olunacaq.

 

Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq Prezidenti Yun Sok Yol ölkədəki Koreya Xalq Demokratik Respublikasının tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.