Tramp: Avropa diqqətini Qrenlandiyaya yox, Ukraynadakı müharibəyə yönəltməlidir - VİDEO

Avropa ölkələri diqqətini Qrenlandiya məsələsinə yox, Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəltməlidirlər.

 

ABŞ Prezidenti Donald Tramp bunu "NBC News"a müsahibəsində deyib.

 

Tramp milli təhlükəsizliyin xarici təhdidlərdən qorunması üçün zəruri saydığı Qrenlandiyanı əldə etmək cəhdlərinə müqavimət göstərən Avropa liderlərini tənqid edib: "Avropa diqqətini Rusiya və Ukrayna müharibəsinə yönəltməlidir, çünki, açığı, bunun nəyə gətirib çıxardığını görürsünüz. Avropanın diqqət yetirməli olduğu məsələ budur, Qrenlandiya deyil".

 

Tramp Qrenlandiya ilə bağlı razılaşma olmadığı təqdirdə Avropa ölkələrinə qarşı rüsum tətbiq etmək planlarını həyata keçirəcəyi ilə bağlı sual belə cavab verib: "Bəli, 100 %".

 

ABŞ lideri Danimarka adasını ələ keçirmək üçün güc tətbiq edib-etməyəcəyi sualını isə "Şərhsiz" kəlməsi ilə cavablandırıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.