Tramp: Britaniyanın ABŞ bazasının yerləşdiyi adanı Mavrikiyə vermək istəyi “böyük axmaqlıq”dır

Böyük Britaniyanın Hind Okeanında yerləşən Çaqos arxipelaqını Mavrikiyə vermək planlarından son dərəcə narahatam, çünki Dieqo-Qarsiyada ABŞ-Britaniya hərbi bazası yerləşir.

 

Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

 

"NATO üzrə "əla" müttəfiqimiz olan Birləşmiş Krallıq hazırda ABŞ-ın ən mühüm hərbi bazasının yerləşdiyi Dieqo-Qarsiyadan imtina etməyi planlaşdırır. Bunu ümumiyyətlə heç bir səbəb olmadan edir. Çin və Rusiya şübhəsiz ki, bu mütləq zəiflik təzahürünü hiss ediblər", - o vurğulayıb.

 

Onun sözlərinə görə, belə dövlətlər yalnız gücə hörmət edirlər və ABŞ indi bu gücü nümayiş etdirir. D.Tramp bildirib ki, Londonun Çaqosdan imtinası böyük axmaqlıqdır.

 

Xatırladaq ki, may ayında Böyük Britaniyanın Baş naziri Kir Starmer Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə keçməsi barədə saziş imzalayıb. Sazişin şərtlərinə görə, Böyük Britaniya Dieqo-Qarsiya hərbi bazasının istismarı üçün Mavrikiyə ildə orta hesabla 101 milyon funt-sterlinq ödəyəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.