
“ABŞ və İsrailə xəbərdarlıq edirik ki, tarixi təcrübə və 12 günlük müharibədən dərs çıxararaq hansısa yanlış hesablamadan çəkinsinlər, əks halda, daha ağrılı və peşmanedici aqibətlə üzləşə bilərlər”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur deyib.
“Keşikçilərin barmağı tətikdə, Ali Baş Komandanın göstəriş və tapşırıqlarını icra etməyə tam hazır vəziyyətdədir”, - o vurğulayıb.