Aİ və Hindistan azad ticarət sazişi üzrə razılığa gəldilər – 20 İLLİK DANIŞIQLARDAN SONRA
VİDEO

Yeni Delhidə Avropa İttifaqı (Aİ) ilə Hindistan arasında azad ticarət sazişi imzalanıb.

 

Senzor.az bildirir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.

 

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Yeni Delhiyə səfər edərək Hindistanın Baş naziri Narendra Modi ilə görüşüblər.

 

Səfər çərçivəsində Aİ və Hindistan 20 il davam edən danışıqlardan sonra azad ticarət sazişi üzrə razılığa gəliblər.

 

Ursula fon der Lyayen hər iki tərəfin bu sazişdən faydalanacağını bildirib.

 

Hindistanın Baş naziri Narendra Modi isə sazişi “tarixin ən böyük ticarət müqaviləsi” adlandırıb.

 

Razılaşmaya əsasən, Hindistan Avropadan gələn meyvə şirələri, emal olunmuş qida məhsulları, zeytun yağı, marqarin və digər bitki yağları üzərində gömrük rüsumlarını ləğv edəcək. Beləliklə, Aİ-nin kənd təsərrüfatı məhsullarının idxalı üçün böyük bazar açılacaq. Bundan əlavə, Avropanın sərt içkilərinə tətbiq olunan 150%-ə qədər rüsumlar 40%-ə endiriləcək.

 

Avropa İttifaqı isə ekoloji əməkdaşlıq öhdəliyi götürüb və Hindistana istixana qazı emissiyalarının azaldılmasına və sənaye transformasiyasına dəstək üçün 500 milyon avro ayıracaq.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.