Suriyadan İraq həbsxanalarına daha 300 İŞİD üzvü köçürülüb

İŞİD terror qruplaşmasının təxminən 300 döyüşçüsü Suriyadan İraq həbsxanalarına köçürülüb.

 

Bu barədə "Shafaq News" informasiya portalı hökumətdəki mənbəyinə istinadən məlumat yayıb.

 

Ədliyyə Nazirliyinin qərarı ilə bir neçə gün əvvəl saxlanılan şəxslər terrorizm işləri üzrə məhkumlar üçün nəzərdə tutulmuş İraq həbsxanalarına paylanacaqlar.

 

"Bu müəssisələrdə yüksəksəviyyəli təhlükəsizlik var və onlar təhlükəsiz bölgələrdə yerləşirlər", - məlumatda vurğulanıb.

 

"Qeyd olunur ki, onlar İraq qanunlarına əsasən mühakimə olunacaqlar, respublika vətəndaşı olmayan döyüşçülər isə öz ölkələrinin hökumətlərinə, onlara vətənlərində çıxarılan hökmlərin icrası şərti ilə təhvil veriləcəklər.

 

Saxlanılan İŞİD üzvlərinin sayının artacağı gözlənilir, çünki Bağdad və Dəməşq arasında bu məsələ ilə bağlı koordinasiyalı iş davam edir. CENTCOM-un məlumatına görə, 7000-ə yaxın İŞİD məhbusu İraq nəzarətində olan "təhlükəsiz" yerlərə köçürüləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.