İran və Rusiya prezidentləri İbrahim Rəisi ilə Vladimir Putin arasında telefon danışığı olub.
TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər Ukrayna ətrafında vəziyyətin inkişafı, eləcə də İranın nüvə proqramı üzrə razılaşmanın həyata keçirilməsində irəliləyişləri müzakirə ediblər.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Yanvarın 19-da Moskvada keçirilən Rusiya-İran sammitinin nəticələrini nəzərə alaraq, tərəflər müxtəlif sahələrdə əməkdaşlığı daha da gücləndirmək niyyətlərini təsdiqləyiblər.
Senzor.az xatırladır ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bundan əvvəl öz “Twitter” səhifəsində Ukraynadakı böhrana görə NATO-nu ittiham edib: “Ukraynadakı böhranın kökü NATO-nun təhrikedici addımlarındadır”.
Bununla belə o bildirib ki, İran münaqişənin həlli yolunu müharibəyə əl atmaqda görmür: “Atəşkəsin təmin edilməsi və demokratik və siyasi həll yoluna diqqət etmək bir zərurətdir”.