Yer kürəsində maqnit qasırğası gözlənilir

Yanvarın 29-da gecə Yer kürəsində zəif maqnit qasırğası qeydə alınıb və 24 saat ərzində təkrarlana bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və REA-nın Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

 

Qeyd edilib ki, ötən sutka ərzində qısamüddətli dalğalanmalar və zəif maqnit qasırğası müşahidə olunub. Laboratoriyanın saytındakı qrafikə əsasən, maqnit qasırğası yanvarın 29-da gecə baş verib.

 

Daha əvvəl bildirilirdi ki, yanvarın 28-də Günəşdə tac dəliyin təsiri səbəbindən geomaqnit aktivliyinin artacağı gözlənilir.

 

"Planet təxminən 24 saat ərzində tac (koronal) dəliyin təsir zonasında qalacaq. Bu dövr ərzində qısamüddətli geomaqnit dalğalanmaları və qasırğaları mümkündür", - deyə məlumatda qeyd edilir.

 

Bundan əlavə, 24 saat (sutka) ərzində Günəşin digər tərəfindəki aktiv bölgələrin Yerdən görünən tərəfinə çıxış ola bilər.

 

"Bununla bağlı olaraq, trendin tədricən dəyişməsi və partlayışların sayının artmasının bərpası gözlənilir. Bunun hansı səviyyəyə qədər qalxa biləcəyi bu bölgələr tam şəkildə izlənilmə zonasında olduqdan sonra aydınlaşacaq", - deyə məlumatda vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.