
ABŞ-da qar fırtınasında ölənlərin sayı 85 nəfərə çatıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, ölüm hallarının yarısı Tennessi, Missisipi və Luiziana ştatlarında baş verib.
Əlverişsiz hava şəraiti səbəbindən ötən həftənin sonundan bəri ölkədə on minlərlə aviareys ləğv edilib.
Təxminən 220 min abonentin elektrik enerjisi kəsilib.
Kəskin hava şəraitinin həftəsonu da davam edəcəyi gözlənilir.