BMT iyul ayına kimi müflis ola bilər – QUTERREŞ-dən ÇAĞIRIŞ

Birləşmiş Millətlər Təşkilatı (BMT) müflisləşmə təhlükəsi ilə üz-üzədir və iyul ayına kimi maliyyə ehtiyatları tükənə bilər.

 

Trend xəbər verir ki, bu barədə BMT-nin Baş Katibi Antonio Quterreş xəbərdarlıq edib.

 

BMT-nin baş katibi ölkələri ödənişlərini vaxtında həyata keçirməyə çağırıb. Baş katibin sözlərinə görə, BMT üzv dövlətlərin bəzilərinin məcburi töhfələrini tam şəkildə ödəməməsi, digərlərinin isə vaxtında ödəməməsi səbəbindən xroniki büdcə problemləri ilə üzləşir, bu isə təşkilatı işə qəbul prosesini dayandırmağa və ixtisarlar etməyə məcbur qoyur.

 

“Ya bütün üzv dövlətlər öhdəliklərini tam və vaxtında yerinə yetirməli, ya da üzv dövlətlər gözlənilən maliyyə çöküşünün qarşısını almaq üçün maliyyə qaydalarımızı köklü şəkildə yenidən nəzərdən keçirməlidirlər,” – Quterreş bildirib

 

BMT-nin məlumatına görə, 2025-ci ilin sonunda təxminən 1,6 milyard dollar məbləğində ödənilməmiş töhfələr qeydə alınıb ki, bu da 2024-cü illə müqayisədə iki dəfədən çoxdur, hərçənd 150-dən çox üzv dövlət öz ödənişlərini həyata keçirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.