Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına, sabah isə Misirə səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin kommunikasiya naziri Burhanəddin Duran Rəcəb Tayyib Ərdoğanın 3 fevralda Səudiyyə Ərəbistanına, 4 fevralda isə Misirə səfər edəcəyini açıqlayıb.

 

Duran sosial media paylaşımında bildirib ki, Ərdoğanın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın dəvəti ilə Ər-Riyadda keçirəcəyi görüşlərdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar, eləcə də regional və qlobal inkişaflar müzakirə olunacaq: "Prezidentimiz Ər-Riyada səfərindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə 4 fevral 2026-cı ildə Qahirədə misirli həmkarı ilə Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək.

 

Misirə səfər zamanı ikitərəfli gündəmimizdəki məsələlərin müzakirəsi, eləcə də regional və beynəlxalq inkişaf, xüsusən də Fələstinlə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır. Prezidentimizin səfər zamanı keçiriləcək Türkiyə-Misir Biznes Forumunda iştirakı da planlaşdırılır".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.