
İran ABŞ ilə nüvə danışıqlarının təxirə salınması xəbərlərini təkzib edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə heabında paylaşım edib.
O bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsi planlaşdırılır.
"Bütün lazımi hazırlıqları gördükləri üçün omanlı qardaşlarımıza minnətdaram", - o qeyd edib.
Qeyd edək ki, daha əvvəl "Axios" portalı ABŞ və İran arasında fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan danışıqların ləğv edildiyinə dair məlumat yaymışdı. Buna səbəb kimi isə İran tərəfinin bir gün əvvəl danışıqların Türkiyədə yox, Omanda və ikitərəfli formatda keçirilməsini tələb etməsi, eləcə də qeyri-nüvə məsələlərini müzakirə etməkdən imtinası göstərilmişdi...