
Qazaxıstanda keçirilmiş xüsusi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstələrin 20 üzvü saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə yerli KİV ölkənin Milli Təhlükəsizlik Komitəsinə istinadən məlumat yayıb.
"Axtarışlar zamanı şübhəli şəxslərdən odlu silah, döyüş sursatı, narkotik vasitələr və külli miqdarda pul vəsaiti, habelə digər maddi sübutlar götürülüb", - məlumatda bildirilib.
10 cinayətkar müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Xüsusi əməliyyat Qazaxıstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən ölkənin səkkiz regionunda, o cümlədən Abay, Aktöbe, Almatı və digər vilayətlərdə həyata keçirilib.