Moskvada Rusiya Baş Kəşfiyyat İdarəsi rəsinin birinci müavini güllələndi
VİDEO

Moskvada naməlum şəxs yaşayış binasında atəş açaraq Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevi yaralayıb.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.

 

Məlumata görə, istintaq orqanları tərəfindən şəxsiyyəti müəyyən edilməmiş kişi Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb. Atəş arxadan açılıb. Vladimir Alekseyev xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs axtarılır.

 

Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, qatil general-leytenantı Volokolamsk şossesindəki yaşayış binasının yanında gözləyib. Cinayət işi qətlə cəhd (RF CM-in 105-ci maddəsinin 1-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi) və silahın qanunsuz dövriyyəsi (222-ci maddənin 1-ci hissəsi) maddələri ilə başlanılıb.

 

Qeyd edək ki, Vladimir Alekseyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavinidir. 2017-ci ildə Alekseyev "Rusiya Qəhrəmanı" adına layiq görülüb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.