
Gürcüstan Prezidenti Mixail Kavelaşvili İtaliyaya səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə Gürcüstan-ABŞ əlaqələrini müzakirə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Prezidenti sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Mən Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birlikdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri tərəfindən təşkil edilmiş qəbulda iştirak etdim. Tədbir çərçivəsində biz müxtəlif ölkələrin liderləri, o cümlədən vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşlər keçirdik. Müzakirələr zamanı iki ölkənin ortaq dəyərlərinə xüsusi diqqət yetirilib", - o qeyd edib.
Xatırladaq ki, Kavelaşvili və Boçorişvilinin İtaliyaya səfəri XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi çərçivəsində baş tutub.