ABŞ Yaxın Şərqə hərbi yüklərin daşınmasını artırır

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi-nəqliyyat aviasiyası Yaxın Şərqə hərbi yüklərin daşınmasını artırmağa davam edir.

 

Senzor.az bildirir ki, bunu "Flightradar24" və "ADS-B Exchange" aviasiya resurslarının məlumatları da təsdiq edir.

 

Həmin məlumatlara görə, son iki gün ərzində ABŞ ağır hərbi-nəqliyyat təyyarələri "C-17A Globemaster III" və "C-5 Galaxy" regiona təxminən 15 reys həyata keçiriblər. Bu da əvvəlki iki günə nisbətən demək olar, 1,5 dəfə çoxdur. Yüklərin böyük hissəsi silahlanmasında "Patriot" zenit-raket kompleksləri və THAAD raketdən müdafiə sistemləri olan quru qoşunları birləşmələri və HHM hissələrinin bazalarının Texasdakı aerodromlarının payına düşür.

 

"C-17A Globemaster III" təyyarəsi 75 ton, "C-5 Galaxy" isə 118 tona qədər yük daşıya bilir.

 

Məlumata görə, ABŞ HHQ-nin hərbi-nəqliyyat aviasiyası yanvardan Yaxın Şərqə 120-dən çox reys həyata keçirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.