
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfərə yola düşür.
“The Times of Israel” xəbər verir ki, Netanyahu ABŞ Prezidenti Donald Trampa İranla nüvə danışıqları barədə İsrailin prinsiplərini çatdıracağını deyib.
O, səfərdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, bu prinsiplər sadəcə İsrail üçün yox, dünyadakı hər bir ölkə üçün vacibdir.
“Biz bir sıra məsələləri müzakirə edəcəyik, o cümlədən, Qəzza məsələsini”,- İsrailin Baş naziri bildirib.
Netanyahu əlavə edib ki, onun Trampla dəfələrlə baş tutan görüşləri İsrail-ABŞ arasında və onunla Tramp arasında şəxsi baxımdan unikal yaxınlığın göstəricisidir.