
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə İranla istənilən razılaşmaya şübhə ilə yanaşdığını bildirib.
“Teleqraf” xəbər verir ki, bu barədə jurnalistlərə o özü deyib.
“İranla istənilən razılaşmaya şübhə ilə yanaşdığımı gizlətməyəcəyəm”, - İsrail lideri qeyd edib.
Benyamin Netanyahu Donald Trampa bildirib ki, razılaşma əldə olunarsa, bu razılaşmaya İsrail üçün vacib olan elementlər də daxil edilməlidir. Bura təkcə nüvə proqramı yox, həm də İranın ballistik raketləri və bölgədəki proksi qüvvələri daxildir.
İsrail Baş nazirinin sözlərinə görə, ABŞ Prezidenti hesab edir ki, iranlılar artıq kiminlə iş gördüklərini başa düşüblər və razılığa gəlmək fürsəti var.