Rusiyada son sutka ərzində daha 18 325 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Rusiya hökumətinin yaratdığı Operativ Qərargah yayıb.
Qeyd olunub ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 6 901 152 nəfərə çatıb.
Rusiyada son sutka ərzində koronavirusdan həm də 792 nəfər ölüb və pandemiya qurbanlarının sayı 182 429 nəfər olub.
Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.