
Erməni Apostol Kilsəsinin Yepiskopal Məclisi Avstriyanın Sankt-Pölten şəhərində toplanıb.
Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin də iştirakçılara onlayn müraciət edib.
Daha sonra Kilikiyanın Böyük Evinin Katolikosu I Aram, Qüds erməni patriarxı Nurhan Manukyan və Konstantinopol patriarxı Sahak Maşalyan da çıxış ediblər.
Qeyd edək ki,13 yanvar tarixində Ali Ruhani Şuranın iclasında Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin fevralın 16-19-da erməni yepiskoplarının ümumi məclisinin Ermənistan hüdudlarından kənarda çağırılacağını elan etmişdi.
Xatırladaq ki, erməni separatizmini dəstəkləyən və hazırki hökumətə qarşı xalqı qızışdıran katolikos II Qaregin barəsində cinayət işi açılıb.