Cənubi Koreyanın sabiq Prezidentinə ömürlük həbs cəzası verildi
VİDEO

Seul məhkəməsi ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyam üzrə cinayət işi ilə əlaqədar Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yolu təqsirli bilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sözügedən məhkəmə prosesi üzrə fevralın 19-da keçirilən son iclasda sabiq Prezident Yun Sok Yolu qiyamı təşkil etməkdə təqsirli bilib. Məhkəmə keçmiş Prezidentə ömürlük azadlıqdan məhrumetmə cəzası verib.

 

Məhkəmə, həmçinin keçmiş müdafiə naziri Kim Yonq Hyunu qiyamda iştirak etməkdə və planlaşdırmaqda təqsirli bilib.

 

Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq Prezidenti Yun Sok Yol ölkədəki Şimali Koreya tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.