Moskvada "Valli" qar fırtınası... - NƏQLİYYATIN HƏRƏKƏTİ İFLİC OLUB
VİDEO

Moskvaya güclü qar yağıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu səhər Moskva regionunda qar çovğunu başlayıb.

 

Cənub Balkan siklonu Moskvaya çatıb. Sinoptiklər qarın fevral ayı üçün ən güclü yağıntı olacağını proqnozlaşdırır.

 

Qarın hündürlüyünün yarım metrdən 80-90 sm-ə qədər artacağı qeyd olunub.

 

Güclü qar Moskvada tıxaclara səbəb olub. “Yandex” tıxacın 9 bala çatdığını açıqlayıb.

 

Moskva Dairəvi Yolu dayanıb. Moskva vilayətindəki M4 "Don" şosesində yüzdən çox sürücü 20 kilometrlik tıxacda qalıb. "Valli" adlanan qar fırtınası 12 qəzaya səbəb olub, onlardan biri patrul avtomobilinin iştirakı ilə baş verib.

 

Güclü qar tramvay marşrutlarına da təsir edib. Stroqinodan Şukinskayaya gedən qatarlar sıradan çıxıb, keçidlər qarla örtülüb və vaqonların hərəkətinə mane olub.

 

“Şeremetyevo” hava limanında Sankt-Peterburq, Penza, Murmansk və Yekaterinburqdan təxminən 10 uçuş ləğv edilib. “Vnukovo”da isə demək olar bütün uçuşlar 30-90 dəqiqə gecikir. Ümumilikdə, bütün uçuşların ləğvi və gecikmələri təxminən 150 aviareysə təsir edib.

 

Mərkəzi Çertanovo rayonundakı Bitsevski meşəsi yaxınlığında konkisürmə meydançasının isə dam örtüyü çöküb. Çökmə zamanı xəsarət alan olmayıb.

 

Meriyadan bildirilib ki, paytaxtın kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.