
İsrail Yaxın Şərqdəki radikal qruplaşmalara qarşı mübarizə məqsədilə qlobal miqyaslı "altıbucaqlı ittifaqlar" şəbəkəsi qurmağı planlaşdırır.
“Teleqraf" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
Hökumət rəhbərinin sözlərinə görə, yaradılması nəzərdə tutulan bu geniş şəbəkə özündə Hindistanı, ərəb dövlətlərini, Afrika ölkələrini, Yunanıstan və Kipr kimi Aralıq dənizi tərəfdaşlarını, eləcə də digər Asiya ölkələrini birləşdirəcək.
Netanyahu vurğulayıb ki, rəsmi Təl-Əvivin bu addımı atmaqda əsas hədəfi Yaxın Şərqdə fəaliyyət göstərən radikal şiə və sünni bloklarına qarşı effektiv mübarizə aparmaq və bölgədəki təhdidləri neytrallaşdırmaqdır.