
ABŞ Suriyada kürd qüvvələrinin nəzarəti altında olan böyük hərbi bazadan öz qoşunlarını çıxarmağa başlayıb.
Bu barədə AFP adı açıqlanmayan kürd rəsmisinə istinadən məlumat yayıb.
Belə ki, AFP-nin çəkiliş qrupu Haseke əyalətindəki Kəsraq bazasını İraqla sərhədə birləşdirən yolda zirehli maşınlar və hazır konstruksiyalarla dolu onlarla yük maşınından ibarət konvoyun hərəkətini qeydə alıb.
Məlumata görə, proses bir ay ərzində tamamlanacaq.
Qeyd edək ki, son iki həftə ərzində Amerika qoşunları artıq digər iki bazadan - cənub-şərqdə Əl-Tanf və şimal-şərqdə əl-Şadadi bazalarından çıxıb.