
Ermənistanın Baş naziri Nikol Paşinyan Polşaya iki günlük rəsmi səfərə yola düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində Paşinyan Polşanın Baş naziri Donald Tuskla görüşəcək, bundan sonra Ermənistan və Polşa baş nazirləri KİV nümayəndələri qarşısında bəyanatlarla çıxış edəcəklər.
Rəsmi səfər çərçivəsində Paşinyan həmçinin Polşa Prezidenti Karol Navrotski və Senatın sədri Malqojata Kidava-Blonska ilə görüşəcək.
Bundan başqa, Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunu ziyarət edəcək və burada Polşanın analitik mərkəzlərinin nümayəndələri ilə görüşəcək.