
Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığını olub.
Senzor.az bildirir ki, Zelenski ABŞ lideri ilə münaqişənin həlli üçün aparılan danışıqlarım müzakirə olunduğunu deyib.
"Nümayəndələrimizin sabah Cenevrədə ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də martın əvvəlində üçtərəfli formatda tam danışıqlar qruplarının növbəti görüşünə hazırlıqları müzakirə etdik", - deyə Zelenaki bildirib.
O, əlavə edib ki, Ukrayna tərəfi qarşıdan gələn görüşün liderlər səviyyəsində keçiriləcəyinə ümid edir. O, Trampın bu addımlar ardıcıllığını dəstəklədiyini bildirib.
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski görüşlərim çətin və işgüzar şəraitdə keçirildiyini deyib.