Trampın ətrafı istəyir ki, İranı birinci İsrail vursun

ABŞ Prezidenti Donald Trampın baş müşavirləri istəyirlər ki, İrana Amerikadan əvvəl İsrail hücum etsin.

 

Bu barədə "Politico" məlumatlı mənbələrə istinadən xəbər yayıb.

 

Bir mənbə bildirib ki, "Administrasiya daxilində və ətrafında belə bir fikir var ki, israillilər əvvəlcə və təkbaşına hərəkətə keçsələr, iranlılar isə cavab zərbəsi endirsə və bizə tədbir görmək üçün daha çox əsas versə, daha yaxşı olar".

 

Tramp administrasiyasının rəsmilərinə görə, İsrailin hücumu İranı qisas almağa məcbur edəcək və bu da Amerika ictimaiyyətinin hərbi hücum üçün dəstəyini qazanmağa kömək edəcək.

 

Eyni zamanda, mənbələrə görə, ABŞ-İran danışıqlarının ciddi xarakterinə baxmayaraq, Trampa ən yaxın olanlar "biz onları bombalayacağıq" deyə düşünürlər.

 

İran və ABŞ-dan olan danışıqçılar İranın nüvə məsələsinin həlli variantlarını müzakirə etmək üçün 26 fevralda Cenevrədə yeni danışıqlar raundu keçirəcəklər.

 

Amerika tərəfini ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner, İranı isə xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik edəcəyi nümayəndə heyəti təmsil edəcək.

 

İran Prezidenti Məsud Pezeşkian İranın nüvə proqramı ilə bağlı ABŞ ilə qarşıdan gələn danışıqlar barədə müsbət fikirlər səsləndirib. Lakin “Axios” mənbələrə istinadən bildirib ki, diplomatik həll cəhdi sonuncu ola bilər və uğursuz olarsa, Tramp İrana qarşı genişmiqyaslı əməliyyata başlaya bilər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.