Paşinyan Kobaxidze ilə Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə etdi - TBİLİSİDƏ GÖRÜŞ
FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan və gürcüstanlı həmkarı İrakli Kobaxidze Tbilisidə təkbətək görüş zamanı Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsinə və sabitliyin təmin edilməsinə yönəlmiş addımların ardıcıl davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, Paşinyanın Aparatının yaydığı məlumatda belə deyilir.

 

Tərəflər Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyinə dair məsələləri müzakirə ediblər. Onlar həmçinin regional əhəmiyyətli bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

"Ticari-iqtisadi əməkdaşlığın ardıcıl inkişafı və genişləndirilməsi vurğulanıb. Bu kontekstdə Ermənistan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu gün keçiriləcək 15-ci iclasının əhəmiyyəti qeyd edilib. Tərəflər bildiriblər ki, bu, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yeni təkan verəcək. Regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş addımların davam etdirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.