ABŞ-ın İranla bağlı yeni planı: TRAMP KÜRDLƏRLƏ NƏ DANIŞIB?
FOTO

 

ABŞ Prezidenti Donald Tramp İranın gələcəyi və yeni ali rəhbər mövzusunda müxtəlif variantları nəzərdən keçirir.

 

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

 

Nəşrin yazdığına görə, Tramp bəzi kürd liderləri ilə telefon danışığı aparıb və İranda hakimiyyət dəyişikliyi üçün silahlı fəaliyyət göstərməyə hazır olan qrupları dəstəkləməyə hazırdır.

 

Siyasi fəal İman Ağayari bildirib ki, “Tramp İran rejimini devirmək üçün ABŞ qoşunlarının yerli silahlı qüvvələrlə əvəzlənməsini istəyir”. 

Bu arada CNN öz mənbələrinə istinadən İrandakı kürd qüvvələrinin ABŞ və İsrailin dəstəyi ilə quru əməliyyatına hazırlaşdıqları barədə xəbər yayıb. Mənbə qeyd edib ki, qüvvələr yaxın günlərdə hərəkətə keçəcəklər.

 

CNN vurğulayıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi kürdləri İranda xalq üsyanını qızışdırmaq məqsədi ilə silahlandırır.

 

“Əgər bu məlumat təsdiqlənərsə, bu, ABŞ-ın “Epik Qəzəb” hava kampaniyasının İranın şimal-qərb sərhədinə doğru quru cəbhəsi ilə genişləndiriləcəyi anlamına gələcək”, - mənbə əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.