Rusiyaya təzyiq koalisiyasına 84 ölkə qoşulub - “QAZ VƏ NEFT EMBARQOSU DA TƏTBİQ OLUNMALIDIR”
"Fevralın 24-dən etibarən ölkəmiz müxtəlif istiqamətlərdən Rusiyanın hücumuna məruz qalıb, şəhərlərimiz bombalanır".
 
APA-nın xəbərinə görə, bunu Ukrayna xarici işlər naziri Dmıtro Kuleba xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
 
Ukrayna XİN başçısı paytaxt Kiyevin ağır bombardmana məruz qaldığını bildirib. O qeyd edib ki, Ukrayna ərazisinə yalnız Rusiyadan deyil, Belarus ərazisindən də raketlər atılır.
 
"Ukrayna xalqı müqavimət göstərir, savaşır. Dörd gündür, davam edən hücumda Rusiya strateji hədəfinə çatmayıb", - Ukrayan XİN başçısı vurğulayıb.
 
D. Kuleba bildirib ki, bütün istiqamətlərdən hücumlara baxmayaraq, Rusiya əsas şəhərləri ələ keçirə bilməyib.
 
O, mülki obyektlərə, yaşayış binalarına, uşaq bağçalarına raket zərbələri endirildiyini deyib, bunu edənlərin beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəyinə inandığını söyləyib.
 
Ukraynalı nazir müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq koalisiyasına 84 ölkə, 13 təşkilatın qoşulduğunu deyib: "Rusiya təcridlə üzləşib. Putin Avropaya pəncərəni bağlayır".
 
Nazir qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Rusiya vətəndaşlarının vəziyyətini ağırlaşdıracaq: "Rusiya və Belarus bizə qarşı müharibəni dayandırana, Rusiya ordusunu bizim torpaqlarımızdan tam çıxarana qədər bu sanksiyalar və təzyiq davam etməlidir. Bu bizim son hədəfimizdir.
 
Biz ön cəbhədə mübarizə aparırıq, qurbanlar veririk, siz də bizə dəstək verin, müdafiə edin. Rusiyanın bütün bankları SWIFT-dən çıxarılmalıdır.
 
Sülh üçün daha çox iş görmək lazımdır. Rusiyaya qarşı qaz və neft embarqosu tətbiq olunmalıdır".
 
Nazir ölkəsinin daha çox hərbi dəstəyə ehtiyacı olduğunu deyib: "Daha çox silah göndərin, ölkəmizi müdafiə etmək üçün daha çox silaha ehtiyacımız var".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.