
ABŞ Prezidenti Donald Tramp münaqişə bitdikdən sonra İranın sərhədlərinin dəyişdirilməsini mümkün hesab edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə açıqlama verərkən danışıb.
Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: "Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox".