
Tehranda ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan İran generalları və mülki vətəndaşlarla vida mərasimi keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, vida mərasimi paytaxtın “Enqelab” meydanında baş tutub.
Minlərlə şəhər sakini İran İslam İnqilab Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Pakpur, müdafiə naziri Əziz Nəsirzadə və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvini və mülki vətəndaşları son mənzilə yola salmaq üçün meydana toplaşıb.
Tədbirlə əlaqədar Tehranın mərkəzi küçələrində izdiham yaşanıb. Paytaxtın bir çox sakinləri anım mərasiminə İran bayraqları ilə gəliblər, həmçinin İsrail və ABŞ əleyhinə şüarlar səsləndirilib.