Parisdə Makron-Zelenski görüşü gözlənilir

Cümə günü Parisdə Emmanuel Makronla ukraynalı həmkarı Volodimir Zelenskinin görüşü gözlənilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

 

Fransa Prezidenti Administrasiyasının məlumatına görə, tərəflər davamlı sülh üçün mümkün şərtləri və Ukraynanın müttəfiqlərindən ibarət koalisiyanın öhdəliklərini müzakirə edəcəklər.

 

Ukraynanın 35 müttəfiq ölkəsini birləşdirən bu koalisiya fevralın 24-də “şərtsiz atəşkəs” çağırışı etmiş və yanvar ayında sülh razılaşması əldə olunacağı təqdirdə Ukraynada çoxmillətli qüvvənin yerləşdirilməsi barədə razılığa gəlmişdi. Bu mexanizmin nəzarətinin isə ABŞ tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

 

Yeri gəlmişkən, ABŞ mart ayı ərzində Kiyev və Moskva arasında yeni danışıqlar mərhələsinin keçirilməsini təklif edib. Volodimir Zelenskinin sözlərinə görə, ABŞ vasitəçiliyi ilə baş tuta biləcək bu görüş İsveçrə və ya Türkiyədə təşkil oluna bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.