Şimali Koreya lideri qızı ilə birlikdə raket sınaqlarını izlədi - VİDEO/FOTO

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Lideri Kim Çen In qızı Kim Cu E ilə birlikdə uzaqmənzilli artilleriya bölmələrinin atəş təlimlərini izləyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, təlimə 12 ədəd 600 millimetr kalibrli ultradəqiq çoxsaylı raket buraxıcısı və iki artilleriya bölüyü cəlb olunub.

 

Məlumata görə, buraxılan raketlər Koreya yarımadasının şərq sularında təxminən 364,4 kilometr məsafədə yerləşən ada hədəfinə dəyib.

 

Qeyd edək ki, bu, KXDR-in son günlər 2-ci hərbi aktivliyidir. Şimali Koreya ötən gün Yapon (Şərq) dənizi istiqamətində 10-dan çox ballistik raket buraxıb.

 

Yeri gəlmişkən, Cənubi Koreya Silahlı Qüvvələri həmin ballistik raketlərin buraxıldığını qeydə alıb. Seul rəsmi olaraq bu sınaqları pisləyib və baş verənləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.