ABŞ İran neftinin satışına 30 günlük güzəşt tətbiq etdi – TEHRANDAN İLGİNC REAKSİYA
VİDEO

Artıq gəmilərə yüklənmiş İran neftinin satışı 19 aprelə qədər sanksiyalardan azad edilib.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

 

Qeyd edək ki, İran münaqişəsi səbəbilə Brent markalı xam neftin qiyməti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 60% artaraq barel üçün 110 dolları keçib və bu da bazarlarda çaxnaşmaya səbəb olub.

 

İran nefti ilə bağlı addım atan Tramp administrasiyası enerji təchizatına təzyiqi azaltmaq üçün İran neftinin dəniz yolu ilə alınmasını 30 gün müddətinə sanksiyalardan azad edib.

 

“Dünya bazarlarına cari təchizatı müvəqqəti olaraq açmaqla ABŞ qlobal bazarlara təxminən 140 milyon barel neft tədarük edəcək və beləliklə, ümumi enerji təchizatını artıracaq və İrandan müvəqqəti təchizat təzyiqlərini azaldacaq”, - ABŞ maliyyə naziri Skott Bessent bildirib.

 

Maraqlıdır ki, Tehran ABŞ-ın bu addımını Vaşinqton tərəfindən planlaşdırılan "psixoloji oyun" kimi qiymətləndirib. İranın Neft Nazirliyi qeyd edib ki, bu bəyanat yalnız alıcılarda ümid yaratmaq və bazar psixologiyasına təsir göstərmək məqsədi daşıyır: “Çünki İranın dənizdə tankerlərdə demək olar ki, heç bir nefti və beynəlxalq bazarlara tədarük etmək üçün artıq nefti yoxdur”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.