Rusiya Ukraynanın bu vilayətlərinə yeni zərbələr endirdi: Yenə ölən və yaralananlar var - VİDEO

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Zaporojye vilayətlərinə zərbələr endirib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna mediası Vilayət Hərbi Administrasiyalarının rəhbərlərinə istinadən məlumat yayıb.

 

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, sutka ərzində Rusiyanın zərbələri nəticəsində 10 nəfər yaralanıb.

 

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov isə öz növbəsində qeyd edib ki, Rusiya pilotsuz uçuş aparatının Zaporojyeyə hücumu nəticəsində 2 nəfər ölüb, daha 2 uşaq yaralanıb.

 

Onun sözlərinə görə, vilayətin mərkəzindəki fərdi yaşayış evi zərər görüb.

 

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.