
ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb və onunla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Senzor.az bildirir ki, bu barədə ”X” hesabında ABŞ-ın Hindistandakı səfiri Sercio Qor məlumat yayıb.
"Prezident Donald Tramp indicə Baş nazir Modi ilə danışıq aparıb. Onlar Yaxın Şərqdəki cari vəziyyəti, o cümlədən Hörmüz boğazının açıq saxlanmasının vacibliyini müzakirə ediblər", - deyə səfir yazıb.