
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə İ. Kobaxidze "X"dəki hesabında məlumat bölüşüb.
"Məhsuldar telefon danışığı olub və tərəfdaşlığımızı yenidən qurmağın vacibliyini vurğuladıq", - o yazıb və əlavə edib ki, Gürcüstanın Cənubi Qafqazda güclü tərəfdaş kimi rolu möhkəmləndiriləcək.
"Biz Gürcüstan-ABŞ əlaqələrini gücləndirməyə, regional sabitliyi və bağlantıları inkişaf etdirməyə sadiqik", - Kobaxidze yazıb.
ABŞ Dövlət Departamentinin yaydığı məlumata əsasən, Rubio və Kobaxidze Qafqaz və Qara dəniz bölgəsində təhlükəsizlik məsələləri də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələri müzakirə ediblər.