
Pakistanın Bannu şəhərində polis idarəsinin yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər həyatını itirib, daha 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə "Dawn" portalı məlumat yayıb.
Yaralanan şəxslər arasında bir polis əməkdaşı da var. Hadisə içərisinə partlayıcı maddələr qoyulmuş avtomobilin polis bölməsinin divarına çırpılması nəticəsində baş verib.
Şiddətli partlayış səbəbindən divar uçub və binanın daxilində pəncərə şüşələri sınıb. Eyni zamanda, yaxınlıqdakı yaşayış evlərinə də ciddi ziyan dəyib.
Ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.