
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN və Reuters agentliklərinə müsahibəsində deyib.
"Hər şeydən öncə atəşin tam dayandırılacağına dair hansısa işarə olmalıdır. Bombalanma davam etdiyi və təyyarələr uçuşduğu vaxt danışıqlar masasına oturmaq olmaz”, - Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, Moskva qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”, - Ukrayna lideri vurğulayıb.
V.Zelenski öncədən hər şeyə hazırlaşdıqlarını da bəyan edib. O bildirb ki, ölkəsi altı müdafiə variantı və taktikasına malikdir.