Türkiyə və Rusiya liderləri regiondakı vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

 

Liderlər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər. Putin Ukrayna ilə bağlı danışıqlar prosesini asanlaşdırmaq istəyinə görə Ərdoğana təşəkkürünü bildirib.

 

Putin və Ərdoğan İran ətrafında gərginliyin, xüsusən də enerji sektoru üçün mənfi nəticələrə gətirib çıxardığını qeyd edib, Fars körfəzində atəşkəsin zəruriliyi ilə bağlı ortaq mövqe sərgiləyiblər.

 

Tərəflər Rusiya-Türkiyə siyasi, ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün gələcək addımları müzakirə ediblər.

 

Putin və Ərdoğan Kiyevin Qara dənizdəki qaz boru kəmərlərinə hücum cəhdləri fonunda addımların əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.

 

Türkiyə tərəfindən də bildirilib ki, liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

 

Prezident Ərdoğan bildirib ki, Türkiyə İrana yönəlik hücumları qəbul etmir, İranın bölgə ölkələrinə cavab tədbirlərini də dəstəkləmir. Qeyd edib ki, müharibənin daha da nəzarətdən çıxmaması üçün bütün tərəflərlə sülh və sabitlik əsaslı təmaslar davam edir.

 

Suriyadakı son vəziyyəti yaxından izlədiyini qeyd edən Ərdoğanın sözlərinə görə, Suriyada sabitliyi gücləndirəcək hər addım Türkiyə və Rusiyanın ortaq mənafeyinə cavab verir və bu istiqamətdə əldə edillən uğurları riskə məruz qoymamaq vacibdir.

 

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin sülhlə nəticələnməsi üçün Türkiyənin axtarışlarının davamlılığının vacib olduğunu, Türkiyənin bütün tərəflərə gərginliyi artıracaq addımlardan uzaq durmalarını tövsiyə etdiyini, Qara dənizdəki mülki gəmilərə hücumların sabitlik mühitinə zərər verdiyini, İran müharibəsinin Rusiya-Ukrayna böhranında yeni münaqişə sahələri yaratmamasının lazım olduğunu qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.