Serbiya-Macarıstan qaz kəməri yaxınlığında partlayıcı aşkarlandı – ORBAN MÜDAFİƏ ŞURASININ TƏCİLİ İCLASINI ÇAĞIRDI
VİDEO

Serbiya ilə Macarıstanı birləşdirən strateji qaz kəmərinin yaxınlığında partlayıcı maddə aşkar edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orbanı bu barədə məlumatlandırıb.

 

Baş vermiş hadisə ilə əlaqədar Viktor Orban ölkənin Müdafiə Şurasının təcili iclasını çağırıb. Məlumata görə, iclas bu gün günortadan sonra keçiriləcək və yaranmış təhlükəsizlik riskləri müzakirə olunacaq.

 

Sözügedən qaz kəməri Rusiyadan gələn karbohidrogen ehtiyatlarının nəqli üçün nəzərdə tutulub və hər iki ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Partlayıcı maddənin tapılması regionun enerji infrastrukturuna qarşı mümkün diversiya cəhdi kimi qiymətləndirilir.

 

Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və hadisənin təfərrüatları araşdırılır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.