
Pakistan İran və ABŞ-a döyüş əməliyyatlarının dayandırılması planını təqdim edib.
Bu barədə "Reuters" agentliyi etibarlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Pakistan döyüş əməliyyatlarının dayandırılmasına dair çərçivə sazişi hazırlayıb. Sazişdə dərhal atəşkəsin elan edilməsini və daha sonra hərtərəfli sazişin bağlanmasını nəzərdə tutan ikimərhələli yanaşma təqdim olunub.
"Bu gün bütün elementlər razılaşdırılmalıdır", - mənbə bildirib və qeyd edib ki, hərbi əməliyyatların dayandırılması Hörmüz boğazının dərhal açılmasına imkan verəcək.
Mənbə həmçinin deyib ki, ilkin razılaşma anlaşma memorandumu şəklində rəsmiləşdiriləcək.