
Senzor.az bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“Xersonun mülki infrastrukturu, həyat təminatı obyektləri və şəhər nəqliyyatı gündəlik rejimdə işləyir”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, bundan əvvəl Xerson şəhərinin meri İqor Kolıxayev “Seqodnya” nəşrinə verdiyi açıqlamada limanın və dəmiryol vağzalının ələ keçirildiyini bildirmişdi.
Kolıxayev həmçinin Ukrayna Prezidentindən şəhər ərazisində yüzlərlə meyiti toplamaq üçün “yaşıl dəhliz” təşkil etməyi xahiş etmişdi. Onu da qeyd etmişdi ki, Xersona yemək gətirmək lazımdır, çünki anbarlar şəhərdən kənarda yerləşir.