ABŞ-ın Vitse-prezidenti Macarıstandadır – BUDAPEŞTDƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİB
VİDEO

ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin Macarıstana ikigünlük səfəri ilə bağlı Budapeştdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Vitse-prezidenti ABŞ Məxfi Xidmətinin, Macarıstan Terrorla Mübarizə Mərkəzinin əməkdaşları və yerli polis işçiləri qoruyacaq. Bu, İran ətrafındakı vəziyyətə görə Avropada və dünyada terror hücumları riskinin artması ilə bağlıdır.

 

Bildirilir ki, Buda Qəsri ərazisində səhər tezdən gücləndirilmiş polis qüvvələri növbə çəkməyə başlayıb. Amerika səfirliyinin və ABŞ-Macarıstan Dostluq Günü şənliklərinin keçiriləcəyi idman kompleksinin yerləşdiyi Azadlıq meydanında da polis dəstələri keşik çəkir. Kompleksdəki tədbirdə Ceyms Devid Vensin və Viktor Orbanın iştirakı planlaşdırılır.

 

Amerikalı qonağın kortejinin keçidi zamanı şəhərin bir çox küçələri tamamilə bağlanacaq. Hətta Budapeştin ən gözəl küçələrindən biri və UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Andraşi prospektinin altından keçən metro xətti də müvəqqəti olaraq dayandırılacaq.

 

ABŞ Vitse-prezidentinin Macarıstana səfərinin əsas məqsədi aprelin 12-nə planlaşdırılan parlament seçkiləri ərəfəsində Orbana açıq dəstək ifadə etməkdir.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.