
Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan imtina edib.
Bu barədə "Ynet" portalı Livanın "LBCI" portalına istinadən məlumat yayıb.
Livan Prezidenti bu qərarı barədə ABŞ dövlət katibi Marko Rubionu bugünkü telefon danışığı zamanı məlumatlandırıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp iki lider arasında telefon danışığının aparılmasına hazırlıq getdiyini bəyan etmişdi. İsrail və Livanın müxtəlif media orqanları bu məlumatı təsdiqləyir və ya təkzib edirdi.
**17:18

Livan Prezidenti Cozef Aun və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı Livanda atəşkəsə nail olunması səylərini müzakirə ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Livan Prezident Administrasiyasının "X" hesabında paylaşılan məlumatda belə deyilir.
"Cozef Aun atəşkəs səylərinə və bütün səviyyələrdə göstərilən dəstəyə görə Vaşinqtona minnətdarlığını bildirib", - məlumatda qeyd olunub.
Rubio atəşkəs səylərinin davam etdirildiyini təsdiqləyib və bunun Livanda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olunmasına doğru addım kimi qiymətləndirib. O, Prezident Aunun mövqeyinin dəstəkləndiyini və yüksək qiymətləndirildiyini bildirib.